Son bir ayda Kliniki Tibbi Mərkəzə müraciət edən vətəndaşların sayı açıqlanıb
28.02.2022 11:34

Son bir ayda Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edən 22 197 nəfər icbari tibbi sığorta çərçivəsində həkim baxışından keçib, 881 nəfər cərrahi əməliyyata yönləndirilib.

 

Mərkəzin Mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, bu müddət ərzində sığorta ilə götürülən laborator analizlərin sayı 35 617 olub. Radioloji müayinələrdən isə 11 803 (KT, USM, rentgen) nəfər keçib. 12 131 (COVID-19 xəstələri istisna) nəfərin sığorta çərçivəsində xəstəxanada qalaraq, müalicəsini davam etdirib.

 

Mərkəzin Xəstə Xidmətləri şöbəsinin müdiri Nərminə Xanməmmədovanın sözlərinə görə, 3 661 nəfər Mərkəzə göndərişlə gəlib. Onlardan 1981-i Bakıdakı xəstəxanalardan, digərləri isə digər şəhər və rayonlardan yönləndirilib.

 

KTM-dən verilən göndərişlərin sayı isə 586 olub. Onlardan 322-si özəl xəstəxanalara, 254-ü isə dövlət xəstəxanalarına yönləndirilib. Göndərişlərin əksəriyyətini müxtəlif əməliyyatlar, ürək-damar xəstəliklərinin diaqnostikasında koronar angioqrafiyası (anju), MRT müayinələri təşkil edib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib