Cəmilə Talıbova: "Xocalıda erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı amansız vəhşiliklər törədilib"
26.02.2022 18:18

Bu gün Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzində Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Öncə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

 

Tədbirdə mərkəzin baş həkimi t.ü.f.d. Cəmilə Talıbova çıxış edərək Xocalıda erməni təcavüzkarları tərəfindən dinc əhaliyə qarşı törədilən amansız vəhşiliklərdən danışıb. Bildirib ki, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir.

 

Daha sonra çıxış edən mərkəzin mütəxəssisləri Xocalı soyqırımını bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırıb və bu faciə haqqında gənc nəslin davamlı maarifləndirilməsinin vacibliyini vurğulayıblar.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib