Hamiləlik dövründə COVID-19-a qarşı peyvənd əks göstərişdirmi? - AÇIQLAMA
28.02.2022 15:19

Peyvənd olunan hamilələrin xəstəliyi keçirmə dövrü həm qısa, həm də yüngül olur.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Nərmin Muradova məlumat verib.

 

Həkim bildirib ki, ölkəmizdə hamiləlik zamanı COVID-19-a qarşı peyvəndlənmə əks göstəriş hesab olunsa da, dünyanın bir çox ölkələrində qadınlar hamiləlikdə də peyvənd olunur.  

N.Muradovanın bildirdiyinə görə, hamilələr özlərini əsasən son üç aylıqda qorumalıdırlar.

 

“Bunun səbəbi ağciyər həcminin azalmasına bağlı virusun yanaşı ağırlaşmaları artırması ehtimalı ilə əlaqədardır. Son üçaylıqda virusa yoluxan və peyvənd olunmamış hamilələrdə həm yenidoğulmuşa, həm də anaya təcili yardım ehtiyacının artdığı müşahidə olunur”.

 

ABŞ-ın “Centers for disease control and prevention” federal agentliyi bildirir ki, bu müddət ərzində virusa yoluxan insanların bəziləri yüngül, digərləri isə ağır simptomlarla qarşılaşırlar. Virus aşkar olunduqdan 2-14 gun ərzində simptomlarını göstərməyə başlayır. Hamilə qadınlarda aşağıdakı simptomlar hiss edilərsə mütləq COVID-19 testi verilməlidir:

 

- qızdırma ya üşütmə;

- öskürək;

- nəfəs darlığı vəya təngənəfəslik;

- zəiflik, yorğunluq;

- əzələ və ya bədən ağrıları;

- baş ağrısı;

- boğaz ağrısı;

- iy və dad itməsi;

- burun axması;

- qusma və ya bulantı;

- diareya.

 

Həkim hamiləlikdən öncə diabet, tiroid, ürək, ağciyərlə bağlı xəstəlikləri olanlara peyvənd vurdurduqdan sonra hamiləlik planlamağı tövsiyə edib.

 

N.Muradova qeyd edib ki, Kaliforniyada “Providence Saint John’s Health Center”in qadın sağlamlığı üzrə mütəxəssisi, həkim Şeri Ros hamilələrin, hamiləlik planlayanların, südverən anaların peyvənd olunmasında heçbir əks göstəriş olmadığını bildirib.

 

“Aparılan araşdırmalar peyvəndin anaya və dölə heçbir əks təsiri olmadığını göstərib. Bətndəki dölə ötürülən anticisimlər sayəsində ana özünü və uşağını rahatlıqla virusun əlavə ağırlaşmalarından qoruya bilər”, - deyə N.Muradova qeyd edib.  

 

N.Muradovanın sözlərinə görə, bu yaxınlarda Floridada dünyaya gələn körpədə COVID-19-a qarşı anticimlər aşkarlanıb. Bu isə ananın hamiləliyin 36-cı həftəsində vurdurduğu peyvəndlə əlaqəli olub. Doğulan körpədə heç bir əlavə  və ya yan təsir görülməyib və təcili yardıma ehtiyac duyulmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub