Türkiyə Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınayıb – akademik Əhliman Əmiraslanov
16.07.2020 20:46

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun sədri, akademik Əhliman Əmiraslanov cəbhə bölgəsindəki vəziyyətlə əlaqədar olaraq Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri ilə onlayn görüş keçirib.

 

Aztibb.az xəbər verir ki, görüşdə Ə.Əmiraslanov 2020-ci il iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsinin təcavüz olduğunu deyib. Bildirib ki, bu, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır: “İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində Ermənistan tərəfinin bir gün öncəki təxribatından sonra şiddətli döyüşlər davam etmişdir. Düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilmişdir”.

 

Akademik Ə.Əmiraslanov qarşı tərəfin canlı qüvvə ilə 100 nəfərdən çox itki verərək geri çəkildiyini, ağır döyüşlər zamanı ordumuzda da itkilər olduğunu deyib. Allahdan hərbçilərimizə rəhmət diləyib.

 

Alimin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ATƏT-in Minsk qrupu həmsədr dövlətləri, BMT, Avropa Birliyi və digər aidiyyəti beynəlxalq təşkilatlara Ermənistanın kobud şəkildə atəşkəsi pozması, mülki əhalinin ağır silahlardan bombalanması ilə bağlı malumatlar versə də, təcavüzkar ölkəyə qarşı heç bir təzyiq edilmir. Adıçəkilən təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə məcbur etməli, Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməlidirlər.

 

Ə.Əmiraslanov qardaş Türkiyə Cümhuriyyətinin Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınadığını və hər zamankı kimi Azərbaycanın yanında olduğunu bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır