İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Estoniyada konfransda iştirak edib
16.12.2023 10:24

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev Tallin Xartiyasının imzalanmasının 15-ci ildönümünə həsr olunan “Etibarlıq və transformasiya: gələcəyin həyat qabiliyyətli və dayanıqlı səhiyyə sistemləri” mövzusunda keçirilən konfransda iştirak edib.

 

İSİM-dən Aztibb.az-a bildirilib ki, tədbir Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosu tərəfindən Estoniyanın Tallin şəhərində təşkil olunub. 

 

Avropanın əksər ölkələrinin və keçmiş SSRİ ölkələrinin səhiyyə menecerləri və təşkilatçıları, iri tibb mərkəzlərinin rəhbərləri, alimlər konfransda iştirak ediblər.

 

İSİM-in direktoru plenar iclasda çıxış edərək, Azərbaycanda son illər həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

 

Konfransın yekununda Avropa regionunda səhiyyənin inkişafı üçün yeni hədəflər müəyyən edən yekun sənədlər qəbul olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev