“YAŞAT” xeyriyyə marafonunun başa çatması ilə bağlı MƏTBUAT KONFRANSI keçirilib
31.05.2021 16:24
“YAŞAT” xeyriyyə marafonunun başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Aztibb.az xəbər verir ki, tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov iştirak ediblər.
29 aprel tarixindən start verilən marafon Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə reallaşdırılıb.
“Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi yaralananlara və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirmək olub.
25 may tarixində marafon videoyayım formatında Azərbaycan Televiziyasında (AzTV) nümayiş etdirilib. Yayım zamanı müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə bağlantılar təşkil edilib, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və yaralananlarımız çıxış ediblər. Yayım zamanı marafonda iştirak üçün xaricdən 45 çağırış səsləndirilib, 11 skype bağlantısı reallaşıb. Eyni zamanda, “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə hesabatlar təqdim olunub.
Ümumilikdə marafona start verildiyi - 29 aprel tarixindən bu günə qədər 1 000 000 manatdan artıq vəsait toplanıb. Xaricdən, diaspor nümayəndələrimiz sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində isə müvafiq olaraq Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb.
Azərbaycan diasporu tarixində ilk dəfə keçirilən marafonda 63 ölkədən soydaşlarımız, Azərbaycana dost insanlar, eləcə də ölkəmizdəki yerli icmaların üzvləri iştirak ediblər. 6 ölkədən, o cümlədən ABŞ, Türkiyə, İsrail, İtaliya, Banqladeş və Pakistandan xaricilər marafona qoşulmaqla bağlı çağırışlar səsləndiriblər.
Marafonun əhatə dairəsi olduqca geniş olub və marafonda hətta Baham adalarından, Trinidad və Tobaqodan, Kolumbiyadan, Braziliyadan, Ekvadordan da insanlar iştirak ediblər.
Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycanı sevən insanların xeyriyyə marafonunda fəal iştirakının təmin olunmasında son 3 ildə müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuraları və Azərbaycan evləri ciddi rol oynayıb.
Xarici mediada xeyriyyə marafonu ilə bağlı 50-dən çox material dərc olunub, sosial şəbəkələrdə, xüsusilə teleqram kanallarında yayılan yüzlərlə məlumatın 10 minlərlə insana çatması təmin olunub.
Bu bölməyə aid digər xəbərlər
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Estoniyada konfransda iştirak edib
16.12.2023 | 10:24
Yeni Klinika ilə Almaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15.10.2023 | 15:04
“COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb
04.11.2021 | 10:47
“28 iyul - Ümumdünya Hepatit Günü”nə həsr edilmiş beynəlxalq elmi tədbir işə başlayıb
28.07.2021 | 14:11
Şahmar Mövsümov: "Koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayanlardır"
26.07.2021 | 15:32
Azərbaycanla Yaponiya arasında səhiyyə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
22.06.2021 | 14:27
“YAŞAT” xeyriyyə marafonunun başa çatması ilə bağlı MƏTBUAT KONFRANSI keçirilib
31.05.2021 | 16:24
AQTA sədri belaruslu nazirlə görüşdü
13.04.2021 | 22:23
Bakı Sağlamlıq Mərkəzinin bölmə rəhbəri Türkiyədə təlim məşğələlərində iştirak edib
07.04.2021 | 12:10
Ramin Bayramlı "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanı ilə təltif olunub
01.04.2021 | 11:55
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

