Yeni Klinika ilə Almaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15.10.2023 15:04

Yeni Klinikada Almaniyanın “SanaClinic" və “FalkBeratung” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

Klinikadan Aztibb.az-a verilən xəbərə görə. əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə keçirilən görüşdə Yeni Klinikanın direktoru Barat Yusubov, direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın İdarə Heyətinin üzvü Pərvin Əkbərov və digərləri iştirak ediblər.

 

Barat Yusubov nümayəndə heyəti ilə görüşdə klinikanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. O, səhiyyə sahəsində innovativ həllərin uğurlu nəticələrinə nail olmaq üçün qarşılıqlı əməkdaşlığın önəmli olduğunu qeyd edərək bir sıra təkliflər irəli sürüb.

 

Barat Yusubov peşəkar bacarıqların təkmilləşdirilməsi məqsədilə klinikada fəaliyyət göstərən həkim-mütəxəssislər, tibb bacıları, həkim-rezidentlər üçün təcrübə mübadiləsi və birgə tədqiqatların aparılması istiqamətində fikirlər səsləndirib.

 

Klinikanın fəaliyyəti barədə ətraflı məlumat alan nümayəndə heyəti daha sonra tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Radiologiya, Ambulator klinika və Qeydiyyat şöbələri ilə tanış olublar.

 

Sonda Barat Yusubov qarşılıqlı əməkdaşlıq üçün yaradılan şəraitə görə TƏBİB və Almaniyadan gələn nümayəndə heyətinə təşəkkür edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev