“28 iyul - Ümumdünya Hepatit Günü”nə həsr edilmiş beynəlxalq elmi tədbir işə başlayıb
28.07.2021 14:11

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, eləcə də Gömrük Hospitalının rəsmi tərəfdaşı olan “Florence Nightingale” Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə "ZOOM" platforması üzərindən Ümumdünya Hepatit Gününə həsr edilmiş “Birinci Bakı Beynəlxalq Hepatologiya və Qaraciyər Transplantasiyası Günləri” adlı onlayn elmi tədbir keçirilir.


Konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb. O, tədbirin hepatitlər və qaraciyər transplantasiyası ilə bağlı tibbi yeniliklərin yerli həkimlər arasında təbliği baxımından əhəmiyyətli olacağına inamını ifadə edib. 

 

C.Məmmədov hər il hepatitdən 1,4 milyon insanın dünyasını dəyişdiyini, dünyada təxminən 240 milyon insanın Hepatit B virusunun daşıyıcısı olduğunu deyib. Virusun qarşısını almaq üçün bütün səyləri gücləndirmək baxımından dünya miqyasında xəstəliyin diqqətdə saxlanılmasının vacib olduğunu söyləyib. İdarə rəisi bildirib ki, ÜST-ün qərarı ilə 2010-cu ildən etibarən iyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günü elan edilib. Qlobal səviyyədə olduğu kimi ölkəmizdə də sürətlə artan bu xəstəliyə qarşı mübarizə məqsədilə addımlar atılır.

 

O, bugünkü tədbirdə hepatit xəstəliyinin müayinə və müalicəsi, eləcə də xəstəliklə mübarizə mövzularında həkim, tibb bacısı və pasientlərin məzuzələrinin faydalı olacağını deyib. C.Məmmədov tədbirin təşkilində dəstəyə görə “Florence Nightingale” Xəstəxanalar Qrupunun rəhbərliyinə təşəkkürünü bildirib və konfransı açıq elan edib.

 

Sonra  çıxış edən “Florence Nightingale” Xəstəxanalar Qrupunun İdarə heyətinin sədri, dr. Sinan Nazif Aran konfransın məqsədinin insanları hepatit virusları barədə məlumatlandırmaq, amansız xəstəliyə qarşı mübarizə səylərini gücləndirmək olduğunu bildirib, tədbirin işinə uğurlar arzulayıb.

 

Daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov çıxış edərək Azərbaycanda hepatitlərlə mübarizə sahəsində atılan addımlar barədə qısa məlumat verib. Qeyd edib ki, bu gün respublikamız bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə nəinki regionda, dünyada da söz sahibi olan ölkəyə çevrilməkdədir.

 

2014-cü ildə Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiyanın yaradıdığını vurğulayan R.Mahmudov xəstəliyin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltmək istiqamətində mühüm işlərin görüldüyünü deyib.

 

“Hepatit gələcəkdə də qarşıda duran səhiyyə problemidir. Bu xəstəliklə mübarizəyə qoşulanlar zəncirində digər məslək sahələrinin mütəxəssisləri də iştirak etməlidir”, – deyə R.Mahmudov bildirib.

 

O, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaxın zamanda donorluq və transplantasiya işi yönündə fəaliyyətini  təşkil edəcəyini də söyləyib. Qeyd edib ki, böyrək çatışmazlığı və qaraciyər transplantasiya əməliyyatları icbari tibbi sığorta paketinə daxil edildikdə vətəndaşların maddiyyatla bağlı çətinlikləri də yaranmayacaq.

 

Sonda R.Mahmudov Milli Məclisin Səhiyyə komitəsi və rəhbərlik etdiyi mərkəz adından konfransın işinə uğurlar arzulayıb.

 

Konfransda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d. Mircəlal Kazımi hospitalda xəstəliklərlə mübarizədə bilik və bacarıqların artırılması məqsədilə mütəmadi olaraq layihə, tədbir və təcrübə mübadiləsinin həyata keçirildiyini deyib. O, bugünkü konfransın da peşəkar fəaliyyətdə çox mühüm rola malik olacağını qeyd edib. 

 

“Hər il ciddi sayda  insan bu xəstəlikdən dünyasını dəyişir. Dünyada hepatitdən əziyyət çəkənlərin sayı QİÇS-dən çoxdur. Odur ki, bu xəstəliyə qarşı biganə qalmamalıyıq. İlkin mərhələdə soyuqdəymənin əlamətlərinə əhəmiyyət verilmir, lakin nəticədə xəstəliyin inkişafı orqan transplantasiyasına gətirib çıxarır”, ­ ­– deyə M.Kazımi bildirib.

 

Konfrans rəsmi açılışdan sonra işini elmi hissə və panel müzakirələrlə davam etdirib. Tədbirdə yerli və beynəlxalq mütəxəssislərin məruzə və təqdimatlarının olacağı, proqramın 80 faizini tamamlayan iştirakçılara onlayn sertifikatın veriləcəyi bildirilib. Həmçinin qeyd olunub ki, tədbir akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinin elektron bazasından qeydiyyatdan keçirilib.

 

Tədbirin növbəti mərhələsində İstanbul “Florence Nightingale” Xəstəxanasının təmsilçisi, İstanbul Universiteti Cerrahpaşa Tibb fakültəsinin Yoluxucu xəstəliklər bölümünün rəhbəri, prof. Fehmi Tabaka çıxış edib. O, hepatit virusunun törətdiyi fəsadlar barədə məlumat verib. Qeyd edib ki, “səssiz pandemiya” adlandırdığımız bu xəstəliyin tarixi hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum günü tarixi ilə əlaqədardır.

 

Daha sonra çıxış edən Mərkəzi Gömrük Hospitalının şöbə müdiri, t.ü.f.d. Namiq Novruzov hepatitə qarşı mübarizədə yerli həkimlər və beynəlxalq ekspertlərlə birgə müzakirələrin təşkilli baxımından konfransın əhəmiyyətli olduğunu deyib.


Onlayn tədbir məruzəçilərin təqdimatları ilə davam edir. 

 

Konfrans iyulun 29-da başa çatacaq.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb