Vüqar Qurbanov Lənkaranın Qızılağac Kənd Həkim Məntəqəsinin müdiri ilə görüşüb
25.02.2022 19:11

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Lənkaran rayonu Qızılağac Kənd Həkim Məntəqəsinin müdiri Ağabala Ağayev ilə görüşüb.

 

Görüş zamanı İdarə heyətinin sədri, həkim peşəsini 30 ilidir qürurla daşıyan, vətəndaşlara tibbi xidmətin göstərilməsi üçün şərəflə çalışmış A.Ağayeva göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib. V.Qurbanov vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə ucqar dağ kəndlərində belə keyfiyyətli xidmətin təşkil edilməsinin qarşıya qoyulan ən böyük hədəf olduğunu vurğulayıb. Bildirib ki, icbari tibbi sığorta çərçivəsində kənd məntəqələrində də əhaliyə pulsuz xidmət göstərilir.

 

Sonra çıxış edən Ağabala Ağayev göstərilən diqqətə görə TƏBİB rəhbərliyinə təşəkkür edib. O ölkəmizdə Rayon Mərkəzi Xəstəxanaları (RMX) ilə yanaşı, kənd məntəqələrinin də müasir standartlara cavab verən formada inşa edilərək istifadəyə verilməsinin səhiyyə sahəsinə göstərilən qayğının bariz nümunəsi olduğundan danışıb.

 

Daha sonra Ağabala Ağayevə uzun illər səhiyyə sahəsində gördüyü işlərə və səmərəli fəaliyyətinə görə TƏBİB adından təşəkkürnamə təqdim edilib.

 

Məlumat üçün qeyd edək ki, A.Ağayev 1975-1981-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə profilaktika fakültəsində təhsil alıb. 1981-ci ildən bu günə qədər fasiləsiz olaraq terapevt kimi xidmət göstərir. 1986-ci ildən 2010-cu illər ərzində Lənkaran rayonu RMX-nın Terapiya şöbəsində həkim-terapevt, 2010-cu ildən 2021-ci ilə qədər isə Terapiya şöbəsinin müdiri çalışıb. Hazırda Qızılağac Kənd Həkim Məntəqəsinin müdiridir. O, Vətən müharibəsi dövründə fəal və səmərəli fəaliyyəti ilə seçilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib