Ötən il əlillik təyin edilən şəxslərin sayı açıqlanıb
25.02.2022 12:39

Ötən il 61 935 nəfərə əlillik dərəcəsi təyin olunub.

 

Aztibb.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov "Sosial saat"da deyib. Onun sözlərinə görə, onlardan 18 493 nəfəri ilkin əlillik, 43442 təkrar əlillikdir.

 

Əlilliyi olan şəxslərin 9325 nəfəri Agentliyin tabeliyindəki müəssisələrdə reabilitasiya xidmətlərindən istifadə edib.

 

İ. Yusifov deyib ki, aşağı ətrafın dizdən aşağı olmaması müddətsiz III qrup, budun amputasiyası isə müddətsiz II dərəcə əlilliyə əsas verir. Qolun biləkdən yuxarı istənilən səviyyədə amputasiyası hallarında isə müddətsiz II dərəcə əlillik verilir:

 

"İki aşağı, iki yuxarı və ya bir aşağı bir yuxarı ətrafın amputasiyası isə I dərəcə əlilliyə əsas verir. İyulun 1-dən qüvvəyə minəcək yeni meyarlarda isə amputasiyaların hər birinə müvafiq olaraq müəyyən faizlər təyin olunacaq və ona uyğun da sosial ödəniş həyata keçiriləcək" - o deyib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?