Autizm üzrə tanınmış amerikalı mütəxəssis 1 saylı Uşaq Reabilitasiya Mərkəzində olub
25.02.2022 10:08

Autizm üzrə məşhur amerikalı mütəxəssis, “Child with a Future” fondunun təmsilçisi Bill Piters Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində olub.

 

Bill Piters hələ 2 yaşında olarkən onda autizm xəstəliyi aşkar olunub. Böyüdükcə ardıcıl səylərlə və bacarıqla sosial həyata adaptasiya olan 40 yaşlı B.Piters hazırda bu sahədə məşhur mütəxəssislərdən biridir. O, həyatını eyni diaqnozu olan başqalarına gündəlik həyatda lazım olan bacarıqlara yiyələnməkdə, sosiallaşmada kömək etmək üçün autizmli insanlarla, onların ailələri ilə ünsiyyət quraraq öz məsləhətləri, seansları ilə dəstəyini göstərir.

 

Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri göstərilən autizm sindromlu sağlamlıq imkanları məhdud uşaqlarla görüşən mütəxəssis onlarla sosial-psixoloji seanslar təşkil edib. B.Piters müəssisədə autizm sindromlu uşaqlara göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə də yaxından tanış olub.

 

Bildirilib ki, Agentliyin 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində ötən il ərzində 524-ü stasionar olmaqla, ümumilikdə, 1026 sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərilib. Bu ilin əvvəlindən isə həmin mərkəzlərdə 620 sağlamlıq imkanları məhdud uşaq reabilitasiyaya cəlb edilib.

 

Agentlik tərəfindən  icra edilən daha bir dəstək layihəsi çərçivəsində ötən il 200-dən çox, bu il isə 40 sağlamlıq imkanları məhdud uşağın valideyninə psixoloji dəstək və reabilitasiya ilə bağlı maarifləndirici sessiyalar keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib