Azərbaycanda bir sıra dərman preparatları istehsal olunacaq
24.02.2022 18:54

Pirallahı Sənaye Parkında onkoloji, HİV/QİÇS-in, qan və sinir sistemi, ürək-damar sistemi və s. xəstəliklərin müalicəsinə yönələn dərman preparatlarının istehsalı planlaşdırılır.

 

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, istehsal Parkın rezidenti olan əczaçılıq müəssisəsi tərəfindən həyata keçiriləcək.

 

Qeyd edək ki, investisiya dəyəri 16 mln. ABŞ dolları olan müəssisə tərəfindən illik istehsal gücü 250 mln. ədəd həb və kapsul təşkil edir. Hazırda müəssisədə 40 nəfərdən çox işçi çalışır.

 

Müəssisə tərəfindən şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb. Artıq müəssisədə 200 min qutu dərman preparatı istehsal edilib. Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır