Yastıpəncəliyin insan sağlamlığı üçün FƏSADLARI
24.02.2022 17:45

Ayaq sağlamlığı orqanizmdə böyük əhəmiyyət daşıyır. Ayaqlarda yaranan hər hansı problem bütün günün narahat keçməsinə səbəb olur. Həmin problemlərdən biri də yastıpəncəlikdir. Ayaq tağının tamamilə yerə dəyməsi həmin xəstəliyin göstəricisidir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, həkim-ortoped Cəfər Nəsirlinin dediyinə görə, yastıpəncəlik zamanı xəstələrin ən çox şikayətləndiyi ayaq ağrıları və tez yorulmadır: “Yastıpəncəliyin müxtəlif səbəbləri var. Ona həm genetik, həm də sonradan yaranan travmalardan sonra, sümük bağlarında anadangəlmə deformasiyalardan sonra refmotik artritlər və s. səbəb olur”.

 

Ayaqda üçüncü və dördüncü dərəcəli yastıpəncəlik olması hərbi xidmət üçün yararsız hesab edilir. Həmin problemə uşaqlarla yanaşı, böyüklərdə də rast gəlinir. Əslində isə bütün uşaqlar yastıpəncəliklə doğulurlar. Həkim-ortopedin dediyinə görə, pəncə tağı uşaqlarda 3 yaşdan sonra tədricən formalaşmağa başlayır: “Yastıpəncəliyin qarşısının alınması gecikəndə uşaq yeriməyə başlayanda hiss olunur. Həmin hal təyin olunandan sonra xüsusi ortopedik ayaqqabılar və ayaqqabının içinə qoyulan korsetlər var”.

 

Əgər ortezlərdən istifadə edilməsi nəticə vermirsə, həmin ağrılardan cərrahi əməliyyatla da xilas olmaq olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub