Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna DAHA BİR TƏYİNAT
24.02.2022 12:40
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Səadət Hüseynova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktorunun elmi işlər üzrə müavini təyin olunub.
Bu barədə Aztibb.az-a Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan məlumat verilib.
Qeyd olunub ki, 1975-ci il təvəllüdlü Səadət Hüseynova Azərbaycan Tibb Universitetinin (ATU) Pediatriya fakültəsinin məzunudur. O, ATU-nun Neonatologiya kafedrasında klinik ordinatura və aspirantura təhsili alıb.
2004-2006-cı illərdə ATU-nun Neonatologiya kafedrasında baş laborant, 2006-2016-cı illərdə həmin kafedrada assistent, 2016-2017-ci illərdə isə ATU-nun 3-cü Uşaq xəstəlikləri kafedrasında assistent vəzifələrində çalışıb.
Səadət Hüseynova 2004-cü ildə "Antifosfolipid sindromu olan hamilə qadınlardan doğulan uşaqların erkən neonatal dövrdə vəziyyətinin qiymətləndirilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Alim bir çox ölkələrdə keçirilən konfrans və seminarlarda ingilis, alman, rus və türk dillərində məruzəçi kimi çıxış edib. Onun 100-dən çox məqaləsi (15-i xarici ölkələrdə) çap olunub.
O, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklədiyi müsabiqədə “Vaxtından əvvəl doğulan uşaqların erkən yaşdakı neyro-somatik statusunun formalaşmasında perinatal faktorların rolu” mövzusunda qrant layihəsinin rəhbəri olub.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

