Şəkər xəstələrinin növbəti dərman növbəsi - VİDEO
23.02.2022 16:53

Şəkərli diabetdən əziyyət çəkən insanların pulsuz dərman almaq üçün xəstəxana qarşısında kütləvi növbəsini əks etdirən daha bir görüntü yayılıb. 

 

Aztibb.az xəbər verir ki, görüntünün Quba Rayon Mərkəzi Xəstəxanasının qarşısında çəkildiyi deyilir. Yüzə yaxın şəxsin tibb müəssisəsinin qabağında növbəyə dayandığı, lakin bütün xəstələrə çatacaq qədər dərmanın olmadığı bildirilir.

 

Kadrlardan da aydın görünür ki, xəstələr dərmanları növbəli şəkildə ala bilmir və hətta yaşlı insanlar təhlükəli vəziyyətə düşərək dəmir arakəsmədən keçməyə cəhd edirlər. 

 

Qeyd edək ki, bundan əvvəl digər rayon xəstəxanalarında da oxşar növbələrin olması ilə bağlı görüntülər yayılmışdı. Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınan kadrlarda xəstələr xidmətin düzgün qurulmamasından əziyyət çəkdiklərini bildirirdilər. Həmçinin Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının qarşısında diabet xəstələrinin gecə saatlarından növbəyə düzüldükləri, xəstə sayına uyğun dərmanın olmadığı iddia olunurdu. 

 

Səhiyyə Nazirliyi isə şəkərli diabet xəstəliyinin müalicəsi üçün lazım olan dərmanların Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, nazirliyin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xəstə sayına uyğun olaraq alındığını açıqlamışdı. Dərman preparatlarının xəstələrə paylanması isə TƏBİB tərəfindən həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib