Ötən ay əhaliyə göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
23.02.2022 16:23

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, cari ilin yanvar ayı ərzində 58 şəhər və rayonda 421 134 vətəndaşa 1 488 464 tibbi xidmət göstərilib.

 

Aztibb.az-ın məlumatına görə, agentlikdən bildirilib ki, bu müddətdə tibb müəssisələrinə 655 626 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 295 394-ü ambulator, 193 070-i isə stasionar şəraitdə göstərilib.

 

2022-ci ilin yanvar ayı üzrə sözügedən inzibati ərazi vahidlərində əhaliyə göstərilən tibbi xidmətlərə dair bir neçə statistik göstəricini təqdim edirik:

 

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (442), Gəncə (249), Balakən (220), Şirvan (205), Yevlax (203), Beyləqan (193), Qəbələ (169), Göyçay (160), Qax (158) və Göygöl (154).

 

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və müəyyən simptomlarla bağlı olub.

 

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası (161 586), Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (120 219), Yevlax (70 147), Qəbələ (53 434), Xaçmaz (52 792), Quba (51 908), Bərdə (49 850), Göyçay (46 397), Beyləqan (40 576) və Ağdaş (40 459) rayon mərkəzi xəstəxanaları.

 

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Yevlax, Qəbələ, Xaçmaz, Bərdə, Quba, Göyçay, Beyləqan və Zaqatala rayon mərkəzi xəstəxanaları.

 

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Quba, Xaçmaz, Lənkəran, Bərdə, Şəki rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Ağdaş və Ağcabədi rayon mərkəzi xəstəxanaları.

 

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə yanvar ayı ərzində 681 604 nəfərə 1 166 659 müraciət üzrə 2 584 895 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 2 101 326-sı ambulator, 483 569-u isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərin 1 861 124-dən (72%) böyüklər, 723 771-dən (28%) isə uşaqlar istifadə edib.

 

01.01.2021-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 600 min 100 nəfər təşkil edir.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib