Terapevt Leyla Mehrabova Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərəcək
23.02.2022 10:15

Həkim-terapevt Leyla Mehrabova fəaliyyətini Kliniki Tibbi Mərkəzdə davam etdirəcək.

 

Bu barədə Aztibb.az Mərkəzdən məlumat verilib.

 

Qeyd olunub ki, L.Mehrabova 5 oktyabr 1985-ci ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. O, 2009-2010-cu illərdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasında Kardiologiya üzrə internatura təhsili  keçərək həkim-kardioloq ixtisasına yiyələnib.

 

2016-cı ildə həkimlərin mərkəzləşmiş işə qəbulu imtahanında yüksək nəticə göstərən L.Mehrabova Qusar Mərkəzi Rayon Xəstəxanasında həkim-terapevt kimi fəaliyyətə başlayıb. 2020-ci ildə Qusar MRX-da təcili və təxirəsalınmaz tibbi yardım üzrə mütəxəssis həkim işləyib.

 

Mütəmadi olaraq elmi tibbi konfrans və seminarlarda, tibbi təlimlərdə, tibbi kurslarda iştirak edərək tibbi yeniliklərə yiyələnib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?