Pediatr uşaqlara balıq verərkən diqqət edilməli olan məqamları AÇIQLADI
23.02.2022 09:36
Balığın ölçüsü nə qədər kiçik olarsa, onun faydası bir o qədər çox olar. İriölçülü balığın civə və digər toksiki maddələr ilə yüklənmə riski yüksəkdir. Bu da onun faydasından çox ziyanlı olmasına gətirib çıxarır.
 
Aztibb.az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva uşaqlara balıqların faydası və onun yeyilmə qaydalarından bəhs edib.
 
Həkimin sözlərinə görə, uşaqlara 8 aydan başlayaraq həftədə 1 dəfə rasiona balıq daxil etmək məsləhətdir. Balıq məhsulları seçilmiş günlərdə müvafiq ət yeməkləri ilə əvəz olunur. Əvvəlcə körpənin balıq püresi ilə öhdəsindən gəlməsi daha asan olacaq, daha sonra balıq pudinqləri, balıq küftələri və ya buxar kotletləri ilə əvəz edilə bilər. 1 yaşında körpəyə artıq ailənin qalan hissəsi üçün hazırlanmış qaynadılmış və ya bişmiş balıq təklif edilə bilər. Bütün hallarda, bütün sümüklər, hətta ən kiçikləri də balıqdan diqqətlə çıxarılmalıdır, çünki körpə onları öz-özünə ayıra bilmir və boğula bilər. Faydalı balıqlardan biri də şamaykadır.
 
"Bu balığın yumşaq, yağlı əti istənilən formada dadlıdır. 3 yaşdan yuxarı uşaqlara şamayka balığının ətini sümüklə qarışıq maşından keçirib kotlet şəklində yedizdirmək olar. Kövrək sümukləri orqanizm üçün olduqca faydalı olan kalsiumla zəngin olub, dayaq, immun və sinir fəaliyyəti üçün önəmlidir".
 
N.Hacıyeva qeyd edib ki, uşaqların həftəlik rasionunda balıq varsa, balıq yağı verməyə ehtiyac yoxdur. Balığın tərkibində vitamin A, D və sağlamlıq üçün ən önəmli omeqa-3, vitamin D, yod, xrom, mis, flüor və vanadium çoxdur. Vitamin A göz, dəri, dırnaq, saç üçün faydalıdır.  Vitamin D kalsium və fosforu orqanizmin hüceyrələrinə transport edir. Omeqa-3 də olan doymamış yağ turşuları orqanizm üçün əvəzolunmazdır. Omeqa 3-ün tərkibində EPA, EDA var ki, orqanizm özü bu maddəni istehsal edə bilmir, amma onu qəbul etməlidir. İnsanın hər bir hüceyrəsinə faydası var.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev