Füzulidə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin filialı yaradılacaq
22.02.2022 16:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bu il Füzuli rayonunda filialı yaradılacaq.

 

Nazirlikdən verilən məlumata görə, Agentliyin hazırda paytaxtda fəaliyyət göstərən Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlara stasionar şəraitdə zəruri sosial xidmətlər göstərilir.

 

Xüsusilə də həmin insanların normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası və reabilitasiyası işləri aparılır.

 

Burada hazırda 10-u oğlan, 15-i qız olmaqla 25 uşaq həmin xidmətlərdən yararlanır. Müəssisədə ötən il 68 uşağa sosial xidmətlər göstərilib.

 
Müəssisənin Füzuli rayonunda yaradılacaq filialına qəbul olunacaq uşaqlarla, həmçinin onların ailələri ilə xüsusi tərtib edilmiş fərdi qayğı planı əsasında iş aparılacaq.

 

Sosial işçilər, psixoloq, tibb işçisi, pedoqoq və tərbiyəçilər, dərnək rəhbərləri, musiqi və idman mütəxəssisləri müəssisədə qeyd olunan kateqoriyadan olan uşaqlara reabilitasiya yönümlü zəruri sosial xidmətlərin göstərilməsini təmin edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır