TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin işə qəbulu elan olunur  
23.02.2022 09:24

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən xaricdə təhsil almış) işə qəbulunu elan edir.

 

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki aşağıdakı tibb müəssisələrinə işə qəbul olmaq istəyən həkim-mütəxəssislərdən anket formasını dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə doctors@its.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

 

Elektron poçtun “mövzu” bölməsində müraciət edilən vəzifənin və tibb müəssisəsinin adı qeyd edilməlidir. Namizəd bir neçə tibb müəssisəsinə müraciət etmək istədiyi halda, hər tibb müəssisəsi üzrə ayrı-ayrılıqda müraciət etməlidir.

 

"Sumqayıt Tibb Mərkəzi" PHŞ Həkim-ümumi cərrah
Həkim-anestezioloq-reanimatoloq
Həkim-kardioloq
Şüa diaqnostikası üzrə həkim (Həkim-rentgenoloq) 
Həkim-infeksionist
Həkim-neyrocərrah
Həkim-mama-ginekoloq
"Nərimanov Tibb Mərkəzi" PHŞ Həkim-ümumi cərrah
Həkim-anestezioloq-reanimatoloq
Həkim-radioloq
Həkim-plastik cərrah
"Akademik.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" PHŞ Həkim-travmatoloq-ortoped
Həkim-mama-ginekoloq
Həkim-pediatr
Həkim-uroloq
Həkim-ümumi cərrah
"Xəzər Tibb Mərkəzi" PHŞ Həkim-psixiatr  
Həkim-terapevt  
Həkim-kardioloq
Həkim-endokrinoloq
Həkim-otorinolarinqoloq
Həkim-anestezioloq-reanimatoloq
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim
Mərkəzi Neftçilər Xəstəxanası Həkim-terapevt  
Həkim-qastroenteroloq
Həkim-pediatr
Həkim-anestezioloq-reanimatoloq
Həkim-fizioterapevt
Həkim-uroloq
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim

 

Həkim-mütəxəssis vəzifəsi üzrə tələb olunan sənədlərin siyahısı:

 

  • şəxsiyyətini təsdiq edən sənəd;
  • əsas (baza ali) tibb təhsili haqqında sənəd (diplom) (xarici dövlətlərin ali tibb təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  • xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
  • əmək kitabçası (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • elmi dərəcə və elmi ad haqqında dövlət sənədi (olduğu halda);       
  • xarici dil və kompüter biliklərini təsdiq edən sənəd (olduğu halda);
  • seminar/konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).

 

Sənəd qəbulu 07 mart 2022-ci il günün sonunadək davam edəcəkdir.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Samux rayonunun ən ucqar kəndlərindən biri olan Burunqovaqda səyyar tibbi aksiya 
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib