Elviz Qasımov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru təyin edilib  
22.02.2022 16:17

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor təyin olunub.

 

TƏBİB-dən verilən məlumata görə, institutun direktoru vəzifəsini tanınmış ortoped-travmatoloq Elviz Qasımov icra edəcək.

 

Bu gün Vüqar Qurbanov yeni direktoru kollektivə təqdim edib.

 

Təqdimetmə mərasimində çıxış edən Vüqar Qurbanov Elviz Qasımovun səhiyyə sahəsindəki uzunmüddətli və səmərəli idarəçilik təcrübəsinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun müasir tələblərə uyğun inkişaf etdirilməsində mühüm rol oynayacağına əminliyini bildirib. Vurğulayıb ki, səhiyyə sahəsininin yeni çağırışlara uyğun inkişafı, tətbiq edilən icbari tibbi sığortaya tibb müəssisələrinin surətli adaptasiyası məqsədilə özəl sektorlarda çalışmış kadrların tabeli xəstəxanalara inteqrasiyası səhiyyə sahəsinə yeni çağın başlanması kimi qiymətləndirilir.

 

Qeyd edək ki, Elviz Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin Tibb fakültəsini (ingiliscə) bitirib. Daha sonra Mərmərə Universiteti Xəstəxanasının Ortopediya və Travmatologiya kafedrasında "tibbdə uzmanlıq" təhsili alıb.

 

İxtisasca ortoped olan Elviz Qasımov Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman Həkimliyi və Fizioterapiya şöbəsinin müdiri çalışır. O, Bakı Sağlamlıq Mərkəzində Ortopediya və Travmotologiya şöbəsinin qurulmasında müstəsna rola malikdir və eyni zamanda, fəaliyyətini orada da davam etdirir.

 

Səmərəli fəaliyyətinə görə, Elviz Qasımov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

 

Tibb üzrə fəlsəfə doktoru Elviz Qasımovun nüfuzlu tibbi jurnallarda bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.

 

Xatırladaq ki, bundan əvvəl institutun direktoru İlqar Qasımov olub. O, bu il fevral ayının 3-də Prezident İlham Əliyevin sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib