Məktəblərdəki epidemioloji vəziyyətlə bağlı AÇIQLAMA
22.02.2022 11:29

"Epidemioloji vəziyyətlə əlaqədar olaraq paytaxt və region məktəblərində vəziyyət fərqlidir".

 

Aztibb.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev deyib.

 

Onun sözlərinə görə, son iki həftədə yoluxma sayında kəskin azalma müşahidə edilir. Bu səbəbdən şagirdlərin dərsə davamiyyəti əvvəlki dövrlərə nisbətən yaxşılaşıb:

 

"Hesab edirəm ki, yaxın zamanda yoluxma sayı o həddə çatacaq ki, tədris prosesində qırılmalar baş verməyəcək", - deyə o, bildirib.

 

F.Qarayev təhsil işçilərinin vaksinasiyasından da danışıb. O, qeyd edib ki, hər bir müəllim öz məsuliyyətini başa düşür:

 

"Müəllimlərimiz bilirlər ki, birmənalı şəkildə şagirdlərlə birbaşa ünsiyyətdədilər və cəmiyyətdə nümunəvi insandırlar. Ona görə də vaksinasiya prosesində aktiv iştirak edirlər" - deyə o əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib