Sidikqaçırma probleminin təbii yollarla MÜALİCƏSİ - Fitoterapevtdən tövsiyələr
22.02.2022 14:53
Enurez, sidikqaçırma problemli xəstəliklərdən biridir. Oğlan uşaqları qız uşaqlarına nisbətən enurez xəstəliyinə iki dəfə çox tutulurlar, çünki qızlarda sümükləşmə oğlanlara nisbətdə daha tez başlayır. 10 yaşdan yuxarı hər 100 nəfərdən birində həmin xəstəliyə rast gəlinir.
 
Uşaqların sidik saxlaya bilməməsi onlarda psixoloji sarsıntılara səbəb olur və buna görə onlar bağçaya, bir neçə günlük gəzintiyə getmək istəmirlər. Bəzən valideynlər də uşaqları başa düşmür və onları incidirlər. 5 yaşına qədər uşaqlarda enurez zamanı valideynlər onları psixoloji cəhətdən tərbiyə etməlidirlər.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov enurezin müalicəsindən danışarkən məlumat verib. 
 
"Enurezin əmələ gəlməsi səbəblərinə irsi meyillilik, sidik kisəsinin zəif innervasiya olunması, əsəbilik, sidik kisəsinin iltihabı aid edilir", - deyə həkim bildirib. 
 
F.Hüseynovun sözlərinə görə, enurez zamanı xəstənin sidik yolları, böyrəkləri və sidik kisəsi yoxlanmalıdır. Sidik yollarında soyuqlama və ya iltihabi əlamətlər olanda 10 gün Urotea çayı qəbul edilməlidir.
 
Müalicəsi:
 
- Yatmazdan 2-3 saat əvvəl maye qəbulu dayandırılmalıdır.
- Enurezli uşaqları çox əsəbiləşdirməmək lazımdır.
- Sidik kisəsinin sinir innervasiyasını artırmaq üçün bir dəfə beldən və büzdüm üstündən həcəmət olunmalıdır.
- Sümükləşməni daha da sürətləndirmək üçün səhər yeməyindən 1 saat əvvəl 1 ədəd xırda doğranmış əncir vam ocaqda 1 stəkan süddə 10 dəqiqə qaynadılır, soyudulur və içilir.
- Yatmazdan 2 saat əvvəl yarım çay qaşığı mərcangilə yarpaqları 100 qram suda dəmlənir, dəmləməyə yarım çay qaşığı bal qarışdırılaraq uşağa içirdilir.
- Gündə üç dəfə yeməkdən əvvəl Nat-Udi hindi kapsulu içmək məsləhətdir.
 
1 kq quru iydə, qabıqları və tumları ilə birlikdə qəhvəüyüdəndə üyüdülür, toz formasına salınır. 5 yaşdan aşağı uşaqlar üçün yarım çay qaşığı iydə tozu bir stəkan kənd südündə 2 dəqiqə qaynadılır, ilıq şəkildə gündə 2 dəfə içilir. 5 yaşından böyük uşaqlara gündə iki dəfə bir çay qaşığı tozdan hazırlanmış südlü bişirmə verilir. Müalicə müddəti 1 aydır. Axşam yatmazdan əvvəl bel və büzdüm sümüyünün üstü masaj edilməlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev