ATU-nun İdman Kompleksində Xocalı soyqırımının ildönümünə həsr olunmuş turnir keçirilib
21.02.2022 11:32

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ATU-nun İdman Kompleksində badminton üzrə turnir keçirilib.

 

Şəhidlərimizin xatirəsi anıldıqdan sonra “Təbib” idman klubunun sədri Qələndər Aslanov tədbiri açaraq turnir iştirakçılarına Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsində ATU məzunlarının, o cümlədən idmançılarımızın böyük rəşadət göstərdiklərini vurğulayan klub sədri yarışa qatılan gənclərə uğurlar arzulayıb.

 

Sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Cəlil Əlizadə çıxış edərək bildirib ki, bu cür idman yarışları gənclərdə özünəgüvən hissini daha da gücləndirir. O, bu turnirdə əcnəbi vətəndaşların sayca daha çox olduğunu söyləyərək, ölkəmizdə badmintonun hələ də populyarlaşmadığını deyib. C.Əlizadə gələcəkdə bu idman növünə marağın artacağına inamını ifadə edib.

 

Daha sonra Dövlət Himni səsləndirilib. Həm qızlar, həm də oğlanlar arasında fərdi yarışlara start verilib.

 

Yarışın sonunda qaliblər elan olunub. Qızlar arasında Gilsha Sharmela 1-ci, Amulya Raj 2-ci, Ülkər Məmmədova 3-cü, oğlanlar arasında isə Noman Arshad 1-ci, Alvin Sayl 2-ci və Thomas Tose 3-cü yerə layiq görülüblər.

 

Qaliblər diplom və medallarla təltif ediliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib