Ötən ay Kliniki Tibbi Mərkəzə ürək problemi ilə bağlı 1000-dən artıq şəxs müraciət edib
21.02.2022 12:20

Yanvar ayı ərzində icbari tibbi sığorta çərçivəsində Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinə müraciət edən xəstələrin sayı min nəfərdən çox olub.

 

Aztibb.az xəbər verir ki, bu barədə mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib.

 

O, bildirib ki, onların müraciət etmə səbəbləri daha çox hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi və ürəyin aritmiyası ilə bağlı olub.

 

"Həkim baxışından keçən xəstələr müayinə olunub və qısa müddətdə müalicələrinə başlanılıb.

 

Kardiologiya şöbəsində stasionar xidmət almış xəstələrin sayı isə 104 nəfər olub. Onların 35-i Poliklinika şöbəsindən, 36-sı Acil şöbəsindən daxil olub. 33 stasionar xidmət almış xəstələrdən 30-u Reanimasiya şöbəsindən, 3-ü isə digər şöbələrdən köçürülüb.

 

Qeyd edək ki, oturaq həyat tərzi, hərəkətsizlik, stress, qeyri-sağlam qidalanma ürək xəstəliklərinin əsas yaranma səbəbləridir. Ürək xəstəlikləri insanlarda irsi yolla və ya yaş faktorundan asılı olaraq da yarana bilər.

 

Ürək-damar xəstəliyi aşkar edildikdə ilk növbədə fiziki aktivliyi artırmaq, hərəkət etmək ən əsası isə stressdən uzaq olmaq lazımdır.

 

Ürək-damar xəstəliyindən əziyyət çəkən insanların həyat tərzini dəyişməsi, ziyanlı vərdişlərdən uzaq durması, tez-tez həkim konsultasiyalarında olması məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır