ATU-nun assistenti Yasmin Rüstəmovaya Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsi verilib  
21.02.2022 13:51
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Tibb Universitetinin (ATU) 1-ci Daxili xəstəliklər kafedrasının assistenti Yasmin Kamran qızı Rüstəmovaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.
 
Aztibb.az-ın məlumatına görə, Yasmin Rüstəmova 24 may 2021-ci ildə "Kardiologiya" ixtisası üzrə "İşemik etiologiyalı disfunksional miokard: problemlər və həll yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
 
Tədqiqatda ilk dəfə olaraq koronar yatağın çoxdamar zədələnməsi ilə ürəyin işemik xəstəliyi olan xəstələrdə perkutan koronar müdaxilənin uzunmüddətli nəticələri miokardın müasir görüntüləmə metodlarından istifadə etməklə öyrənilib. Həmçinin miokardın revaskulyarizasiyasına dair göstərişlər dəqiqləşdirilib və endovaskulyar müdaxilənin əlverişsiz proqnozu üçün risk faktorlarının müəyyənləşdirilməsinə əsaslanaraq cərrahi müalicə üçün xəstələrin seçim alqoritmi təkmilləşdirilib. Təklif edilən alqoritmin tətbiqi ilə işemik xəstəliyi olan xəstələrin rasional müalicə, həmçinin revaskulyarizasiya strategiyası seçilə bilər.
 
Qeyd edək ki, Yasmin Rüstəmova 2012-ci ildə İtaliyanın Piza şəhərində ürək maqnit-tomoqrafiyası üzrə ixtisaslaşaraq, Azərbaycanda ilk dəfə bu müayinəni tətbiq edib. O, 2018-ci ci ildə Avropa sertifikasiyasından keçərək ürək MRT mütəxəssisi sertifikatını, həmçinin İsveçrənin Zürix Universitetində 2 illik diplomsonrası təhsildən sonra "Ürək çatışmazlığı mütəxəssisi" diplomunu alıb.
 
Bundan başqa, alim "Springer" nəşriyyatında dərc olunan "Cardiac Magnetic Resonance Atlas: 101 Clinic Cases" kitabının birinci müəllifidir.
 
O, Azərbaycan Kardiologiya Cəmiyyətinin vitse-prezidenti, Avropa Kardiologiya Cəmiyyətinin isə fəxri üzvüdür.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır