"Yanlış ayaqqabı seçimi bel və onurğaya mənfi təsir göstərir" - Həkim-ortoped  
21.02.2022 08:15

Çox vaxt ayaqqabı almaq üçün seçim edərkən onun keyfiyyət və rahatlığından daha çox görünüşünə fikir verirlər. Lakin ayaqqabı mütləq ayağa uyğunlaşmalı, uzunluğu və eni mütənasib olmalıdır. Yanlış ayaqqabı seçimi ayaqda deformasiyaya səbəb olmaqla yanaşı, bel və onurğaya da mənfi təsir göstərir.

 

Ortopedlər təbii dəridən hazırlanan ayaqqabılardan istifadə etməyi tövsiyə edirlər. Süni və sintetik materiallarda məsamələr olmadığından ayaqda xoşagəlməz qoxu yaranır.

 

Həkim-ortoped Ramin Rzayevin sözlərinə görə, seçim edərkən, ilk növbədə, ayaqqabının pəncə ölçüsünə uyğun olmasına fikir vermək lazımdır. Ayaqqabı nə çox hündürdaban, nə də dabansız olmamalıdır. Orta dabanlı ayaqqabılara üstünlük verilməlidr. Seçim zamanı ayaqqabıların ortopedik, həm üst, həm alt materialına görə elastik, materialı dəridən nəm çəkə bilən olmasına diqqət yetirmək lazımdır. Ayaqqabı içliyinin, yəni tərliyin pəncə altına uyğun olaraq ortopedik olması məsləhət görülür.

 

Ayaqqabının elastik və yumşaq altlıqlı olması çox vacibdir. Xanımların dikdaban ayaqqabılardan gündəlik istifadəsi də məsləhət deyil, çünki həmin ayaqqabı bədənin bütün ağırlıq mərkəzini qabağa çəkir. Onurğa, bel, kürək nayihələrindəki əzələlər yüklənir və gərginləşir: “Pəncənin altında, xüsusən barmaqlarda dəri döyənəklərin yaranması və hətta bəzən xüsusən qadınlarda uzun müddət hündürdaban, barmaq və pəncələri sıxışdıran ayaqqabılar geyindikdə barmaq və pəncədə müəyyən deformasiyalar yaranmasına səbəb olur. Nadir hallarda isə barmaqlara gedən sinirlərdə törəmələrin yaranmasına və kəskin ağrılara aparıb çıxarır”, - deyə həkim-ortoped bildirib.

 

Bundan başqa düzgün seçilməyən ayaqqabı dəridə səpgi və göbələklərin yaranmasına da səbəb ola bilər. Mərkəzi Gömrük Hospitalının həkim-dermatoloqu Sevinc Kərimovanın sözlərinə görə, ayaqqabı sintetik materialdandırsa, pambıq corablar geyinmək daha yaxşıdır, çünki ayaqlar aşırı dərəcədə tərlədikdə kontakt dermatiti, hiperhidroz deyilən xəstəlik nəticəsində qaşınan səpgilər və barmaq arasında tərin tərkibindəki duzların qıcıqlandırması nəticəsində bişməcələr, barmaqarası göbələyə qədər ağırlaşmalar müşahidə oluna bilər.

 

Sağlamlıq hər şeydən üstündür. Ona görə də ayaqqabı alarkən onun yaraşığına yox, hərəkət edərkən ayağa nə qədər rahat olmasına fikir vermək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev