Azərbaycanda kurs keçən özbəkistanlı cərrahlara sertifikatlar təqdim edilib  
19.02.2022 18:59

M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin özbəkistanlı cərrahlar üçün birgə təşkil etdiyi “İrəli laparoskopik cərrahiyyə üzrə ixtisasartırma” kursu uğurla başa çatıb.

 

Üç həftəlik kurs müddətində iştirakçılara M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, “Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti”nin sədri professor Qurbanxan Müslümov tərəfindən mədəaltı vəzin şişləri zamanı icra edilən “Laparoskopik vipl” əməliyyatı, qida borusunun şişləri zamanı icra edilən “Torako-laparoskopik ezofaqektomiya-qida” borusunun çıxarılması əməliyyatı, endoskopik üsulla qalxanvari vəz üzərində aparılan əməliyyatlar, eləcə də endoskopik və laparoskopik üsulla icra edilən bir sıra digər əməliyyatlar barədə xüsusi simulyatorlar üzərində təlimlər keçirilib.

 

Qeyd edək ki, özbəkistanlı cərrahların Azərbaycana səfərinin əsas məqsədi son illər cərrahiyyədə lider mövqe qazanmaqda olan endoskopik, laparoskopik və torakoskopik cərrahiyyə sahəsində ən son yeniliklərlə əyani tanış olmaq, eyni zamanda bilik və bacarıqlarının artırılmasından ibarət olub.

 

Kursda iştirak edən Özbəkistan Respublikasının Səmərqənd şəhər Mərkəzi Xəstəxanasının 3, Təcili Tibbi Yardım Elmi Mərkəzinin Əndican filialının 1 cərrahına kursu uğurla başa vurduqlarına görə sertifikatlar təqdim edilib.

 

Bu münasibətlə keçirilən tədbirdə Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, müşavir Mahammadjon Botraliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramin Ağayev, İTS və TƏBİB-in müvafiq şöbələrinin əməkdaşları Fatimə Həsənova, Ramin Burcəliyev, M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, “Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti”nin sədri professor Qurbanxan Müslümov, kiçik elmi işçi, ümumi cərrah Vüqar Behbudov iştirak edib.

 

Tədbirdə çıxış edənlər Azərbaycan-Özbəkistan arasında digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu diqqətə çatdırıb və kursun əhəmiyyətindən danışıblar.

 

Kurs iştirakçıları isə öz növbələrində təlimlər zamanı əldə etdikləri bilik və təcrübənin gələcək fəaliyyətlərində önəmli rol oynayacağını qeyd ediblər.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?