30-40 dəqiqə duz otağında müalicə 3 gün dənizdə istirahəti əvəz edir - Fizioterapevt
19.02.2022 13:38

Qaloterapiya (duz şaxtasında müalicə) fizioterapiyanın müalicəvi üsullarından biridir. Bu, dərmansız müalicə üsuludur. Bu müalicə üsulunda orqanizmə NaCL duzunun kiçik dispersli aerozolu (1-5 mikron) təsir göstərir. 30-40 dəqiqə duz otağında müalicə 3 gün dənizdə istirahəti əvəz edir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Elmi Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin Fizioterapiya şöbəsinin müdiri Təranə Mahmudova məlumat verib.

 

O, bildirib ki, Uşaq Bərpa Müalicə Mərkəzində yaradılan qalokamera bütün tibbi tələblərə uygundur. Divarlar müalicəvi duzla örtülüb. Duz ionları qalogeneratordan otaga daxil olur, otaqdaki hava, səssizlik müsbət psixi sfera xəstələrə çox gözəl təsir edir. Ağciyərin, tənəffüs yollarının təmizlənməsi və immun sisteminin möhkəmlənməsinə səbəb olur.

 

Göstərişlər:

 

- COVID-19 xəstəliyindən sonraki bərpa müalicəsi və reabilitasiya.
- Tənəffüs sistemi xəstəlikləri - bronxial astma, bronxitlər, pnevmoniya, respirator allerqoz.
- LOR patalogiyası - vazomotor, allergik rinit, sinusit, faringit və s.
Dəri xəstəlikləri:
- Dermatozlar, psoriaz, ekzema, yuvenil səpgiləri, mövsümi müalicə olunmalıdır. 30 dəqiqə - 1 saat ərzində 10-12 prossedur qəbul olunmalıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev