Şəkərli diabetin təhlükəli ağırlaşması olan - Diabetik ayaq sindromu 
18.02.2022 19:10
Hazırda bütün dünyada şəkərli diabet və onun təhlükəli ağırlaşması olan diabetik ayaq sindromunun artım tempi qeyd edilməkdədir. Diabetik ayaq yarası şəkər xəstəliyinin uzun müddət davam etməsi nəticəsində meydana gələn kəskin və ya xroniki yara növlərindan biridir. 
 
Aztibb.az xəbər verir ki, həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru İlqar Ömərov bildirib ki, bu xəstəliyin əsas səbəbi şəkər xəstəliyi olsa da, sinirlərin, qan damarlarının və sümüklərin zədələnməsi səbəbindən əmələ gəlir. Diabetik ayaq yarası hər bir yaşda müşahidə oluna bilər, lakin yaşlandıqca bu risk daha da artır. Aparılan araşdırmalara görə, hər 5 şəkər xəstəsindən biri yara riski ilə qarşı-qarşıya qalır.
 
Həkimin sözlərinə görə, diabetik ayaq sindromunun standart müalicəsi risk faktorlarının aradan qaldırılmasına, qlikemiyanın normallaşmasına, perfuziyanın yaxşılaşdırılmasına, təkrar nekroektomiyaların aparılmasına, rasional antibakterial terapiyanın tətbiqinə, immunokorreksiyaya, metobolitik proseslərin yaxşılaşdırılmasına, yaraya müxtəlif növ sarğıların qoyulmasına, eləcə də onun farmakoterapiyasına və ayağın yükdən azad edilməsinə və s. əsaslanır. Bu səbəbdən son zamanlar diabetik yaraların müalicəsi üçün böyümə faktorlarından istifadəyə, gen və hüceyrə terapiyasına əsaslanan yeni yanaşmalar işlənilib hazırlanır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev