Tədris Terapevtik Klinikasında bir sıra stasionar şöbələrin illik hesabatları dinlənilib
18.02.2022 18:31

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında stasionar şöbələrin illik hesabatına dair növbəti toplantı keçirilib. Toplantıda klinikanın bir sıra stasionar şöbələrinin illik hesabatları dinlənilib.

 

Yığıncaqda giriş sözü ilə çıxış edən klinikanın direktoru, professor Surxay Musayev klinikada görülən işlər barədə ətraflı məlumat verib. O, bu işlərin həyata keçirilməsində universitet rektorluğunun daimi kömək və qayğısını xüsusi vurğulayıb.

 

Sonra klinikanın Efferent terapiya mərkəzinin, Uşaq pulmonologiya, allerqologiya və endokrinologiya, Uşaq kardiorevmatologiya, Laboratoriya və Şüa diaqnostika şöbələrinin illik hesabatları dinlənilib.

 

İlk öncə klinikanın Efferent terapiya mərkəzinin rəhbəri Elgün Həziyev, Uşaq pulmonologiya, allerqologiya və endokrinologiya şöbəsinin müdiri, tibb elmləri doktoru Gündüz Əhmədov və Uşaq kardiorevmatologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova şöbələrin illik hesabatı və maraqlı təkliflərlə çıxış ediblər. Hesabatda şöbələrdə il ərzində ambulator və stasionar xəstə qəbulu, şöbələrin tibbi fəaliyyəti və görülən işlər barədə ətraflı məlumat verilib.

 

Ardınca Mərkəzi Laboratoriya şöbəsinin müdiri, dosent İskender Karaltı 2021-ci ilə olan hesabatı təqdim edib. O, laboratoriyanın tibbi heyəti, il ərzində görülən analizlərin sayı haqqında məlumat verib. Laboratoriyada görülən işlər və yeniliklərdən danışan İskender Karaltı, Azərbaycanda yalnız ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasında işlənən testlər haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, EBV ilə törədilən xəstəliklərin diaqnostikasında istifadə edilən testlər ilə 2 saat ərzində xəstənin EBV olub-olmadığını dəqiq təyin etmək mümkündür və test İFA metodu ilə deyil, tam avtomatik sistemlə icra olunur.

 

Daha sonra illik hesabatla çıxış edən Şüa diaqnostika şöbəsinin mammoloq-radioloqu Günel Qəmbərova il ərzində şöbədə görülən işlər barədə ətraflı məlumat verib. O, qadınların diqqətini süd vəzi xərçənginə çəkmək və onların bu xəstəlik haqqında daha da məlumatlı olması üçün ölkədə ilk dəfə olaraq özü tərəfindən yaradılan sudvezixercengi.az saytını da toplantı iştirakçılarının diqqətinə çatdırıb. Məruzəçi, həmçinin bu istiqamətdə klinikada çəkilən "Xərçənglə döyüşən mübariz qadın" adlı qısametrajlı film üçün göstərilən dəstəyə görə klinika rəhbərliyinə təşəkkürünü bildirib.

 

İrəli sürülən maraqlı təklifləri və görülən işləri yüksək qiymətləndirən klinikanın direktoru, professor Surxay Musayev digər əməkdaşların da tibbi müəssisə üçün faydalı olacaq təkliflərinə daim dəstək verəcəyini qeyd edib.

 

Sonda direktor bundan sonrakı dövr üçün klinikanın işinin təşkili və qarşıda duran vəzifələr haqqında danışıb.

 

Tədbirdə əməkdaşların sualları cavablandırılıb, bəzi məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib