Britaniyalı həkim xərçəngin beş erkən simptomunu açıqlayıb
18.02.2022 16:15

Britaniyalı həkim Sancay Mehta mədə xərçənginin bəzi əlamətlərinin erkən görünə biləcəyini və bununla da xəstəliyin daha tez diaqnoz qoyulmasına imkan verdiyini bildirib.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə "Express" qəzeti xəbər verib.

 

O, qeyd edib ki, çox vaxt mədə xərçəngi gec mərhələdə aşkarlanır, çünki onun ilk əlamətləri qeyri-müəyyən olub və insan onları başqa xəstəliklərlə qarışdıra bilər.

 

S.Mehta bu mümkün əlamətlər arasında mədə yanması, həzmsizlik, iştahda dəyişikliklər, o cümlədən az miqdarda yeməkdən sonra toxluq hissi, ürəkbulanma və qusma kimi halları sadalayıb.

 

Mütəxəssis xəbərdarlıq edib ki, erkən aşkar olunan xərçəng mədədə qanaxmaya səbəb ola bilər, nəticədə qırmızı qan hüceyrələrinin sayı azalır və xəstəlik anemiya şəklində özünü göstərir. Bu qan analizini verəndə müəyyən edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub