3 inqridientdən ibarət təbii ANTİBİOTİK resepti
20.02.2022 12:05

Sarıkök güclü iltihab, virus və mikrob əleyhinə təsirə malikdir, həzm problemləri zamanı yaxşı kömək edir, orqanizmi xərçəngin inkişafından qoruyur, immun sisteminin fəaliyyətinə müsbət təsir edir.

 

Onun tərkibində olan bioloji aktiv maddə "kurkumin"in sayəsində sarıkök ağciyərin sağlamlığına çox müsbət təsir edir, nəfəsalma sistemi xəstəlikləri və autoimmun xəstəliklər zamanı yardım edir.

 

Aztibb.az xəbər verir ki, sarıkökün tərkibində olan digər bioloji aktiv maddə "turmeron" beyinin funksiyalarını gücləndirir, Alzheymer xəstəliyinin inkişafı riskini azaldır.

 

Sarıkökün bal və qara istiotla qarışığı əsl təbii antibiotikdir. Qara istiot sarıkökün xüsusiyyətlərini daha da artırır.

 

Resept:

 

1 x.q. təbii sarıkök, 1 çimdik qara istiot, 100 qr yaxşı bal qarışdırılır.

 

Bu vasitə orqanizmə güclü antimikrob, antiviral, iltihab əleyhinə təsir edir.    

 

Soyuqdəymə, qrip, koronavirus, rinovirus və bir çox digər tənəffüs infeksiyaları, bronxit və s. zamanı bu qarışım gündə 3 dəfə 1 ç.q. olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.

 

Profilaktik məqsədlərlə qarışığı hər gün 1 ç.q. olmaqla qəbul edə bilərsiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub