ATU-nun əməkdaşı Türkiyədə elmi tədqiqatlar aparır
17.02.2022 16:10

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti, t.ü.f.d. Sevil Mehralıyeva Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində təbii mənşəli xammallar əsasında nano-dərman formalarının alınması istiqamətində tədqiqatlar aparır.

 

Aztibb.az xəbər verir ki, Sevil Mehralıyeva səfər zamanı Atatürk Universitetinin Tibb və Əczaçılıq fakültəsinin professor-müəllim heyəti ilə görüşüb.  

 

Görüşdə Altay Respublikasından Azərbaycana gətirilmiş, yerli iqlim şəraitinə uyğunlaşdırılmış maral pantalarının tərkibinin unikallığı, onların yeni tətbiq sahələrinin  axtarışı istiqamətində geniş  diskussiyalar aparılıb. Maral pantalarından  Rusiya və Cənub-Şərqi Asiyada müxtəlif dərman və kosmetik  vasitələrinin istehsalında, sonsuzluq, ürək-damar, dayaq-hərəkət sistemləri, sinir və həzm sistemi və s.  xəstəliklərin müalicəsində  tətbiq olunduğu vurğulanıb.

 

Tədqiqat zamanı azərbaycanlı alim maral pantalarından laboratoriya şəraitində hazırladığı nanokapsullar, nanoemulsiya və nanogelin analizlərini Atatürk Universiteti Doğu Anadolu Yüksək Texnoloji Uygulama ve Araştırma Mərkəzinin (DAYTAM) aparıcı mütəxəssisləri ilə birlikdə uğurla yerinə yetirib.

 

Birgə işlər çərçivəsində maral pantalarından hazırlanan nano-dərmanlardan osteoartrit, yaddaş zəifliyi, vaxtından əvvəl yaşlanmadan əziyyət çəkən pasiyentlərə kömək məqsədilə ATU və Atatürk Universitetinin birgə əməkdaşlığı  ilə layihələrin hazırlanması təşəbbüsü də irəli sürülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib