Qida zəhərlənməsi ilə üzləşməmək üçün nə edilməlidir?
17.02.2022 13:22

Qida zəhərlənməsi gündəlik həyatımızın aktual məsələlərindən biridir. Qida zəhərlənməsi bakteriya, virus və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya düşməsi nəticəsində yaranan haldır və ona ən çox yay aylarında təsadüf edilir.

 

Aztibb.az xəbər verir ki, həkim-infeksionist Natiq Əliyevin dediyinə görə, qida zəhərlənməsi insanlarda qarın ağrıları, ürəkbulanma, qusma, ishal, qızdırma ilə müşahidə olunur. Zəhərlənmənin növünə görə üşütmə, əzələ ağrıları və halsızlıq ola bilər. Həkim-infeksionist qeyd edib ki, qida zəhərlənməsi uşaqlar və yaşlılarda daha çox fəsadlar yaradır: “Mövsümlə əlaqədar olaraq qida toksik infeksiyaları tez-tez baş verir. Bunun əsas səbəblərindən biri, ilk növbədə qidaların gigiyenik qaydalara əməl edilmədən saxlanılması və konservativ yağlardan daha çox istifadə edilməsi, kustar üsulla hazırlanmasıdır və bütün bunlar toksik infeksiyaların yaranmasına zəmin yaradır. Ona görə də qidaların saxlanılma şəraitindən tutmuş daşınma şəraitinə qədər qaydalara əməl olunmalıdır”.

 

Onun bildirdiyinə görə, qida zəhərlənməsi ilə üzləşməmək üçün bir çox məsləhətlərə əməl etmək lazımdır: “Hansısa qidanın qəbulundan sonra zəhərlənmə əmələ gətirə biləcəyindən şübhələnəndə ilk növbədə çoxlu maye qəbul olunmalıdır ki, orqanizmdən toksinləri qovub çıxarsın. Klinik şikayətlər yaranarsa, dərhal həkimə müraciət edilməlidir”.

 

Qida zəhərlənməsindən qorunmaq üçün rəngi və qoxusu dəyişmiş qidalardan istifadə etməmək, qidaların son istifadə tarixinə fikir vermək, alınan tərəvəz və meyvələr yaxşı yuyulmalı, lazım gələrsə, sirkəli suya qoyulmalı və yenidən yuyulmalıdır, mövsümə uyğun qidalardan istifadə olunmalı, keyfiyyətinə əminlik olmayan məkanlardan qida alınmamalıdır.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”