"Atamın həyatı təhlükə altında olduğu məqamda Gömrük Hospitalı həkimlərinin əvəzsiz köməyini heç vaxt unutmayacağıq" - PASİYENT RƏYİ
17.02.2022 10:03

"SIETEK" şirkətinin direktoru Mövsüm Məmmədzadə atası Rafael Məmmədzadənin koronavirusdan sağalmasında etdiyi yardıma, göstərdiyi dəstək və qayğıya, fədakar əməyə görə Mərkəzi Gömrük Hospitalının həkim kollektivinə təşəkkür edib.

 

O, bildirib ki, müalicə müddətində həkimlərin və tibb bacılarının peşəkarlığı ilə yanaşı, ümumilikdə personalın diqqəti və mehribanlığı atasının tez bir zamanda sağlamlığına qovuşmasında böyük rol oynayıb:

 

"Atam Rafael Məmmədzadə Mərkəzi Gömrük Hospitalında 5-ci mərtəbədə müalicə alırdı və ona yüksək səviyyədə tibbi xidmət göstərilmişdir. Artıq müalicə uğurla tamamlanıb, atamda COVID-19-un heç bir simptomu hiss edilmir. O, özünü yaxşı hiss edir”, - deyə Mövsüm Məmmədzadə bildirib.

 

O, atasının həyatı təhlükə altında olduğu məqamda edilən əvəzsiz köməyi heç vaxt unutmayacaqlarını qeyd edib. Göstərilən yüksək səviyyəli xidmətə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədova, baş həkim Elman Məmmədova, o cümlədən həkimlərə, tibb bacılarına və digər əməkdaşlara dərin minnətdarlığını ifadə edib.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib