Dünyada yeni pandemiya başlaya bilər?
09.09.2020 00:06

Milyonlarla insan sağlam qida əldə etmək imkanını itirir ki, bu da piylənmə problemini yaradır. Bu isə nəticədə yeni qlobal pandemiyaya səbəb ola bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə Blumberqin yaydığı məlumatda deyilir. BMT-nin proqnozlarına əsasən, bu ilin sonunadək 130 milyondan çox insan aclıqla üzləşəcək, lakin inkişaf etmiş ölkələrdə isə piylənmə daha ciddi problemlər yaradacaq.

 

Koronavirus pandemiyası dövründə insanlar gəlirlərini itirdiklərindən zərərli qidalar, xüsusən “fast food”lara üstünlük verərək qidaya qənaət etmək məcburiyyətində qaldılar.

 

Artıq çəkili insanların sayı ac insanların sayından dəfələrlə çoxdur. Bu xüsusilə inkişaf etmiş ölkələrdə nəzərə çarpır. Kök insanlar isə daha çox şəkərli diabet, ürək-damar və onkoloji xəstəliklərə meyilli olurlar.

 

BMT-nin hesablamalarına görə, hazırda dünyada 3 milyard insan sağlam pəhriz saxlaya bilmir, bu da artıq çəkiyə meyllilik yaradır və yeni növ pandemiyanın baş verəcəyini şərtləndirir.

Əgər tədbirlər görülməzsə, artıq çəki və bununla əlaqəli sağlamlıq problemləri yaxın on ildə dünyada səhiyyə xərcləri ildə 1,3 trilyon dollar artacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub