Soğan qanda şəkərin miqdarını 4 saat ərzində aşağı salır
17.02.2022 09:22

Ucuz və populyar tərəvəz olan soğan birinci və ikinci növ diabet xəstəliklərindən əziyyət çəkən pasiyentlərin qanında şəkərin miqdarını çox qısa müddətdə - cəmi 4 saat ərzində aşağı salmaq qabiliyyətinə malikdir.

 

Aztibb.az yandex.ru-ya istinadla xəbər verir ki, alimlər soğandan istifadə zamanı qanda şəkərin miqdarının 40 milliqram/desilitr aşağı düşdüyünü müəyyən ediblər. Elmi işin müəlliflərindən biri olan Entoni Oçeh deyib: “Soğan ucuz və əlçatan olan ərzaqdır ki, yeməklərə ədviyyat qismində qatılır. Ondan diabet xəstələrinin müalicəsində də istifadə etmək mümkündür”.

 

Mütəxəssislər hesab edirlər ki, soğanın bu xassəsi onun tərkibində kversetin və sulfidlərin mövcudluğu ilə izah olunur. Kversetin antioksidant və iltihab əleyhinə təsirə malik olan yaxşı öyrənilmiş flavonoidlər qrupuna daxildir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub