Litotripsiya - cərrahi müdaxilə olmadan tətbiq edilən metoddur
17.02.2022 09:14
Litotripsiya - yüksək enerjiyə malik dalğalar vasitəsilə ekstrakorporal böyrək daşlarının dağıdılmasıdır.
 
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, litotriptor aparatı vasitəsilə ekstrakorporal böyrək daşlarının parçalanması metodu - cərrahi müdaxilə olmadan aparılan metoddur. Bu aparat vasitəsilə böyrəkdəki və uretradakı daşların parçalanması həyata keçirilir. Parçalanmış daşlar sidik ifrazı zamanı heç bir ağrı vermədən xaric olunur.
 
Böyrək daşlarının parçalanması üçün xüsusi generatordan çıxan akustik dalğalardan istifadə olunur. Akustik dalğa generatorda yerləşən parabolik güzgü vasitəsilə daşlara fokuslanır və yüksək dalğalı ultrasəs cihazı vasitəsi ilə daşa yönəlir. Fokuslanma məsafəsi hər aparatda fərqlidir, onun maksimal fokuslanma məsafəsi 16 sm təşkil edir. Daşın ölçüsündən, sərtliyindən, tərkibindən və yerləşdiyi yerdən asılı olaraq prosedur 30-60 dəqiqə davam edir.
 
Ekstrakorporal litotripsiyaya birbaşa göstərişlər:
 
- Ölçüsü 5-25 mm olan böyrək daşları
- Sidik kisəsinin yuxarı və orta hissəsində yerləşən daşlar
 
Distansion litotripsiya dedikdə, adından göründüyü kimi, bədənə müdaxilə olmadan müəyyən məsafədən aparılır. Belə ki, rentgen yaxud USM (ultrasəs)  naviqasiya daşın yeri dəqiq müəyyən edilir. Daha sonra litotriptor adlanan cihazla daş götürülür.
 
Son zamanlar, xüsusilə də kontakt lazer litotripsiya (aşağıda ətraflı məlumat verilib) tətbiq olunduqdan sonra distansion litotripsiya daha az-az tətbiq edilir. Distansion litotripsiyadan sonra daşın hissəcikləri sidik axarına düşüb çox tez-tez böyrək sancısına səbəb olur. Distansion litotripsiyanın əsas üstünlüyü ondan ibarətdir ki, bədənə ümumiyyətlə heç bir müdaxilə edilmədən aparıla bilir.
 
Lazer kontakt litotripsiya isə böyrək daşı müalicəsinin ən müasir üsuludur. Bu zaman da daşın parçalanması vizual nəzarət altında aparılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub