Həkimlərimizi tanıyaq! - Revmatoloq Ellada Qafarova 
16.02.2022 17:50
“Həkimlərimizi tanıyaq" rubrikamızda sizlərə peşəkarlığı ilə seçilən və pasiyentləri arasında böyük rəğbət qazanmış Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Poliklinika şöbəsinin müdiri, revmatoloq Ellada Qafarovanı təqdim edirik.
 
Ellada Bəxtiyar qızı Qafarova 1960-cı ildə Almaniyanın Leypsik şəhərində anadan olub. O, 1977-1983-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb.
 
1983-cü ildə Binəqədi rayonu 14 saylı poliklinikada həkim, həmçinin Binəqədi rayonu 27 saylı poliklinikada həkim-revmatoloq işləyib.
 
1994-cü ildə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Stasionar şöbəsinin Artrologiya bölməsində kiçik elmi işçi, daha sonra həkim-revmatoloq kimi fəaliyyət göstərib. 2020-ci ildən institutda Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışır.
 
Ellada Qafarova 2021-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsi dövründə şəhid ailələrinə, müharibə qazilərinə, veteranlarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu tərəfindən Fəxri fərmanla təltif edilib. O, həmçinin çalışdığı illər ərzində bir sıra mükafatlara layiq görülüb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır