Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna KADR TƏYİNATI olub
16.02.2022 21:20
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Klinik Neyrofiziologiya laboratoriyasının əməkdaşı, professor Sədaqət Hüseynova Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) 4 fevral 2022-ci il tarixli qərarı ilə "Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu" publik hüquqi şəxsin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
 
Aztibb.az xəbər verir ki, bu münasibətlə institutda tədbir keçirilib.
 
Əvvəlcə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktor vəzifəsini icra edən, baş həkim, tibb üzrə fəlsəfə doktoru Nizami Nəbiyev çıxış edərək S.Hüseynovanı yeni vəzifə təyinatı ilə bağlı təbrik edib, onun müəssisədəki fəaliyyəti dövründə gördüyü işlərdən bəhs edib. Bildirib ki, professor tibb sahəsində yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da əvəzsiz xidmətlər göstərib.
 
Daha sonra çıxış edən Kurort ehtiyatlarının öyrənilməsi bölməsinin böyük elmi işçisi Sevda Nəsrullayeva S.Hüseynovanın tutduğu yeni vəzifəyə layiqli namizəd olduğunu deyib, ona fəaliyyətində uğurlar arzulayıb.
 
Tədbirdə, həmçinin institutun Terapiya şöbəsinin müdiri Malik Bəylərov, Balneofizioterapiya bölməsinin böyük elmi işçisi Mehrab Salmanov və digərləri çıxış edərək S.Hüseynovanın sadə, təvazökar, obyektiv, incə və həssas qəlbli, yüksək mədəni səviyyəyə malik bir insan olduğunu bildiriblər. 
 
Sonda professor S.Hüseynova təbriklərə görə həkim həmkarlarına və elmi işçilərə minnətdarlığını bildirib. Qeyd edib ki, bele bir vəzifəyə təyin olunmaq böyük məsuliyyət və etimaddır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır