“Arterial hipertenziyalara son zərbə” mövzusunda konfrans keçirilib
16.02.2022 12:18

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrası və C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Arterial hipertenziyalara son zərbə” mövzusunda onlayn konfrans keçirilib.

 

Konfransda çıxış edən Rusiya Federasiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin hospital terapiya kafedrasının müdiri, akademik Y.N.Belenkovun “Arterial hipertenziyanın müalicəsinin müasir prinsipləri” mövzusunda mühazirəsində müxtəlif hipotenziv dərmanların müqayisəli təhlili və onlara olan göstərişlərdən bəhs edib.

 

C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova ABŞ və Avropanın aparıcı ölkələrində arterial hipertenziyaların müalicəsi haqqında yazılmış kliniki protokolları müqayisə edib və ayrı-ayrılıqda onların xüsusiyyətlərindən danışıb.

 

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri, professor Faiq Quliyevin çıxışında xəstələr tərəfindən hipotenziv dərmanların axşam saatlarında qəbulu ilə səhər saatlarında qəbulu arasında müqayisəli təhlilini aparıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb