ATU-nun Biokimya kafedrasının doktorantları hesabat verib
16.02.2022 10:34

Azərbaycan Tibb Universitetinin (ATU) Biokimya kafedrasında elmi işlərin hesabatına dair yığıncaq keçirilib. Kafedranın elmi işləri üzrə məsul şəxsi, baş müəllim İlhamə Kərimova kafedranın “Müxtəlif patoloji vəziyyətlərin biokimyəvi və molekulyar-genetik mexanizmlərinin tədqiqi” mövzusunda elmi-tədqiqat işinin 2021-ci il üçün aralıq hesabatını əməkdaşların nəzərinə çatdırıb.

 

Aztibb.az xəbər verir ki, kafedrada elmi kadrların hazırlanması çərçivəsində 23 elmi-tədqiqat işi aparılır ki, onlardan 4-ü elmlər doktoru elmi dərəcəsi almaq üçün aparılan tədqiqat işləridir. Hesabat ili ərzində 3 doktorantın dissertаsiyа işinin müdafiəsi keçirilib və sənədləri Sli Attestasiya Komissiyasına təqdim edilib, 3 nəfərin isə işinin ilkin müzakirəsi aparılıb və sənədləri rəsmi müdafiə üçün Dissertasiya Şurasına təqdim edilib. Digər işlər üzrə tədqiqatlar müxtəlif mərhələlərdə davam etdirilir.

 

2020-2021-ci hesabat ili ərzində kafedra əməkdaşları tərəfindən 1 kitab, çoxsaylı məqalə və tezislər yerli və xarici mətbuatda dərc edilib. Məqalələrdən 3-ü Beynəlxalq Xülasələndirmə və İndeksləmə bazalarına daxil olan jurnallarda çap olunub. Kafedranın əməkdaşları respublikada və xaricdə keçirilən bir çox simpozium və vebinarlarda iştirakçı və məruzəçi kimi iştirak ediblər.

 

Yığıncaqda, həmçinin kafedranın doktorantlarının apardıqları elmi-tədqiqat işləri üzrə hesabatları dinlənilib və qiymətləndirilib. Sonda kafedra müdiri, professor Gülnarə Əzizova hesabat ili ərzində həyata keçirilən işlərə görə kafedra əməkdaşlarına öz təşəkkürünü bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır