Həkimlərimizi tanıyaq! - Travmatoloq-ortoped Müseyib Əhmədov
16.02.2022 08:31

“Həkimlərimizi tanıyaq" rubrikamızda sizlərə peşəkarlığı, yanaşması ilə seçilən və pasiyentləri arasında böyük rəğbət qazanmış yüksəkixtisaslı travmatoloq-ortoped Müseyib Əhmədovu təqdim edirik.

 

Dr. Müseyib Əhmədov 1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirib, 1994-1995-ci illərdə 1 saylı Hərbi Hospitalda travmatologiya və ortopediya ixtisası üzrə internatura təhsili alıb. O, 1997-1998-ci illərdə Ukraynanın Xarkov şəhərində Sitenko adına Travmatologiya və Ortopediya İnstitutunda ordinatura keçib.

 

Əmək fəaliyyətinə 1995-ci ildə Ukraynanın Mariupol şəhərində başlamış Müseyib Əhmədov 2000-2002-ci illərdə Bakı şəhəri Travmatoloji və Ortopediya klinik xəstəxanasında işləyib. 2002-2009-cu illərdə Səudiyyə Ərəbistanı Krallığının Buraydah şəhərində yerləşən Buraydah Mərkəzi Hospitalında həkim travmatoloq-ortoped kimi fəaliyyət göstərib. 2009-cu ildən isə Mərkəzi Gömrük Hospitalında travmatoloq-ortoped vəzifəsində çalışır.

 

O, dünya mətbuatını izləyərək tibbin ən yeni nailiyyətlərini öz təcrübəsində tətbiq edir. Müseyib Əhmədov həkimlik fəaliyyəti ilə bərabər, həmçinin çoxsaylı mötəbər beynəlxalq və yerli konfrans, seminar və təkmilləşdirmə kurslarında iştirak edib. Bu sıradan 2014-cü ildə İtaliyanın Roma şəhərində keçirilmiş "Oynaq və sümük cərrahiyyəsi” və 2016-cı ildə Avstriyanın Zalsburq şəhərində keçirilmiş "Uşaq ortopediya və travmatologiyası” konfranslarını, 2017-ci ildə Türkiyənin Antalya şəhərində XXVII Beynəlxalq Türk Ortopedik və Travmatoloji konqresini, eləcə də 2018-ci ildə İspaniyanın Barselona şəhərində baş tutmuş Avropa Ortoped-Travmatoloqlar Assosiasiyasının 19-cu konqresini göstərmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır