Agentlik tibb müəssisələrinə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsi üzrə VAKANSİYALAR elan edir
15.02.2022 18:53

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki Bakı şəhərində yerləşən tibb müəssisələrinə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsi üzrə vakansiyalar elan edir.

 

Vəzifə öhdəlikləri:

Tibb müəssisəsinin mühasibat uçotu, hesabatlılıq, maliyyə nəzarəti, insan resurslarının idarə edilməsi, əməyin mühafizəsi, təsərrüfat, təchizat, satınalma, arxiv, kargüzarlıq, mühafizə, xəstələrin qəbulu və digər inzibati funksiyaları yerinə yetirən struktur bölmələrin işinin lazımi qaydada təşkil olunmasının təmin edilməsi və onlara nəzarət;
Tibb müəssisəsinin büdcəsinin planlaşdırılması və icrasına nəzarət;
Maliyyə vəsaitlərinin vəziyyətinə, hərəkətinə və məqsədli istifadəsinə, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə, daxilolmalara və ödənişlərə, vergi və digər öhdəliklərin yerinə yetirilməsinə nəzarət;
Tibb işçilərinin əmək haqlarının, sabit və həvəsləndirici əlavələrinin (bonuslarının) hesablanmasına və ödənilməsinə nəzarət;
Tibb müəssisəsinin gəlirlərinin artırılması və hədəflərinin reallaşdırılması üçün tədbirlərin görülməsi;
Tibb müəssisəsinin fəaliyyətinin optimallaşdırılması, strukturunun və biznes proseslərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
Tabeliyində olan struktur bölmələrin fəaliyyətinə, həmçinin işçilərin vəzifələrini yerinə yetirməsinə, onların icra və əmək intizamına nəzarət; işçilərinin keyfiyyət göstəricilərinin artırılması üçün müvafiq tədbirlərin görülməsi;
İctimaiyyətlə əlaqələr üzrə fəaliyyətin təşkili və nəzarət;
Aidiyyəti üzrə yuxarı rəhbərliyin və tibb müəssisəsinin direktorunun tapşırıq, əmr və göstərişlərinin icrası;
Həyata keçirilən işlərin Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyinə və digər normativ hüquqi aktlara uyğunluğunun təmin edilməsi.

Vəzifəyə dair tələblər:


Ali təhsil (iqtisadi sahədə təhsil üstünlükdür);
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (xarici dil biliyi üstünlükdür);
MS Office proqramlarında işləmək bacarığı;
Rəhbər vəzifədə 5 ildən az olmayaraq iş stajı (maliyyə sahəsi üzrə iş təcrübəsi üstünlükdür);
Güclü təşkilatçılıq və idarəetmə bacarıqları;
İntizamlılıq və nəticəyönümlülük;
Stressə qarşı davamlılıq;
Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.

 

Müraciət qaydası:


Vakansiyaya son müraciət tarixi: 28.02.2022-ci ildir. CV-lər hr@its.gov.az ünvanına göndərilməlidir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “inzibati məsələlər üzrə müavin” yazaraq göndərmələri xahiş olunur. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib