Gömrük Hospitalında müalicə alan hər həs sağlam şəkildə həyata qayıdacağına inanır – Pasiyent RƏYİ
15.02.2022 16:42

Vaxtilə həkim-ginekoloq kimi fəaliyyət göstərmiş 77 yaşlı pasiyent Firəngiz Cəfərova müxtəlif vaxtlarda  2 dəfə Mərkəzi Gömrük Hospitalında COVID-19-a qarşı müalicə alıb.

 

F.Cəfərova bu barədə təəssüratlarını Aztibb.az-la  bölüşüb.

 

İlk dəfə 2020-ci ilin iyul ayında koronavirusa yoluxduğunu və 10 gün Gömrük Hospitalında müalicə aldığını deyən Firəngiz Cəfərova Hospitalın həkimlərinin pasiyentlərə yorulmadan, yüksək peşəkarlıqla xidmət göstərdiklərini qeyd edib.

 

O, müalicə aldığı müddət ərzində həkimlərin ona xüsusi qayğı göstərməsi ilə yanaşı, psixoloji baxımdan da böyük dəstək olduqlarını bildirib. Qeyd edib ki, Gömrük Hospitalında müalicə alan hər həs sağlam şəkildə həyata qayıdacağına inanır: "Hospitalın qabiliyyətli həkimləri vəzifə borclarını peşəkarcasına yerinə yetirirlər. Buradakı müasir şərait, gülərüz tibbi heyət, palatalardakı təmizlik, səliqə-sahman sağlamlığımızın etibarlı əllərdə olmasının təzahürüdür".

 

Firəngiz Cəfərova ikinci dəfə 2022-ci ilin yanvar ayında COVID-19-a yoluxduğunu və həkimlərin qayğısı sayəsində bu dəfə daha hazırlıqlı olduğunu bildirib. 

 

“İki dəfə vaksin olunmağıma baxmayaraq, ikinci dəfə də virusa yoluxdum və bu dəfə 9 gün hospitalda yatdım. Gömrük Hospitalının tibbi personalı gecə-gündüz çalışaraq düzgün müalicə aparırdılar. Burada müalicə alan və sağlamlığına qovuşan bütün pasiyentlərə göstərdikləri qayğıya görə  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, baş həkim Elman Məmmədov və həkim-infeksionist Mədinə Abdullayeva başda olmaqla bütün tibbi heyətə təşəkkürümü bildirirəm”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır