Türkiyənin Biruni Universitetinin müəllimi ATU-da fəaliyyətə başlayıb
15.02.2022 15:25

Azərbaycan Tibb Universiteti və Türkiyənin Biruni Universiteti arasında mövcud olan “Professor-müəllim heyətinin mobilliyi üzrə KA107 Erasmus+ mübadilə proqramı” çərçivəsində Biruni Univesitetinin Əczaçılıq fakültəsinin Bioloji kimya kafedrasının müəllimi, Dr. Ənvər Çıracı ATU-nun Bioloji kimya kafedrasında fəaliyyətə başlayıb. Qonağın proqram müddəti fevralın 5-dən 15-dək davam edəcək.

 

Əvvəlcə Bioloji kimya kafedrasında Ənvər Çıracı ilə tanışlıq görüşü keçirilib. Qonağı kafedranın professor-müəllim heyətinə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev təqdim edib. Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova qonağa təşəkkürünü bildirib və rəhbərlik etdiyi kafedra haqqında ümumi məlumat verib. Görüşdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Tibb təhsili və innovasiya şöbəsini müdiri Aygün Babayeva və Bioloji kimya kafedrasının professor-müəllim heyəti iştirak edib.

 

Qonağın Bioloji kimya kafedrasının əməkdaşları və rezidentləri üçün müxtəlif mövzulara həsr edilmiş seminarlar keçirməsi nəzərdə tutulub. Dr. Ənvər Çıracı proqram planına uyğun olaraq “Karbohidrat mübadiləsi. Qlikoliz və qlükozanın digər sərf edilmə yolları” mövzusunda ilk seminarını keçirib. Mövzu iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb və ATU-nun Bioloji kimya kafedrasının bu sahədə apardığı işlər və tədris proqramı haqqında ətraflı məlumat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib