Qış, günəş və SPF - Nələrə diqqət etməli?
15.02.2022 10:31

Ləkəyə meylli dərilərdə günəş şüalarına qarşı həssaslıq daha da çoxdur. Bəzən pasiyentlər düşünürlər ki, qış aylarında günəşdən qoruyucu kremə ehtiyac yoxdur. Lakin bu yanlış fikirdir. Kifayət qədər günəşli ölkədə yaşayırıq. İlin 360 günü günəşli, yerdə qalan günlər az günəşli keçir. 

 

Bu barədə məlumatı həkim-dermatoloq Günay Mikayılova verib.

 

O, bildirib ki, günəş şüalarından əlavə olaraq, evdə və telefonda olan işıqlar da dəridə ləkələr yaradır.

 

SPF kremlərin istifadə qaydasından danışan həkim qeyd edib ki, SPF krem 2-3 saatdan bir olmaq şərtilə  çəkilməlidir. Çünki kremin tərkibindəki qoruma faktorları sadəcə 3 saat effektivdir.

Qeyd edək ki, dərini günəş şüalarının təsirindən qoruyan SPF formullu məhsulların tərkibində aşağıdakı müxtəlif maddələr mövcuddur:

 

- Dərini nəmləndirərək bərpa edən-B3 vitamini;
- Ultrabənövşəyi şüalara qarşı dərinin qoruma funksiyasını artıran-Likopin;
- Dərinin nəmliliyini, elastikliyini və möhkəmliyini bərpa edən- Gialuron turşusu;
- Günəş şüalarının zərərli təsirini aradan qaldıran, dərini daha parlaq və hamar edən- Arqan yağı.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub