Sidikturşulu duzların oynaqlarda çöküntüyə uğraması nəticəsində əmələ gələn - Podaqra xəstəliyi
15.02.2022 10:03
Podaqra – sidikturşulu duzların oynaqlarda çöküntüyə uğraması nəticəsində əmələ gələn bir xəstəlikdir.  Podaqraya səbəb ola bilən faktorlar sidikturşulu duzların qanda çox miqdarda olmasıdır.
 
Aztibb.az xəbər verir ki, bu barədə uzman-terapevt Çinarə Səfərova məlumat verib. 
 
Həkim bildirib ki, xəstəlik dövründə sidikturşulu duzlar (urat kristalları) strukturu zəif və zədəli olan oynaqlarda yığılmağa başlayır. Bu zaman sidikturşulu duzların yığılması nəticəsində oynaqların struktur tamlığı pozulur. Podaqra zamanı zədələnmiş oynaq şişir, nahiyədə temperatur qalxır, dəri qızarır və parıltılıq əmələ gəlir. 2-3 gün, bəzi hallarda 6-8 gün fasiləsiz davam edir. Nadir hallarda intensiv ağrılar 2-3 həftəyə qədər uzanır:
 
"Podaqra xəstəliyi xəstənin həyat tərzini dəyişə bilən bir xəstəlikdir. Hər dəfə kəskinləşdikdə daha geniş sahəni əhatə edir və tədricən oynaqların daha ciddi şəkildə zədələnməsinə səbəb olur. Dərinləşmiş podaqranı müalicə etmək çətin olacaq və yaxud heç mümkün olmayacaq. Səbəbi oynaqların tamlığının pozulmasıdır ki, bərpa olunmur".
 
Terapevtin sözlərinə görə, yalnız cərrahi müdaxilə nəticəsində vəziyyəti yüngülləşdirmək mümkündür. Podaqranın ağırlaşması podaqralı artrit xəstəliyinə səbəb olur. Həmçinin böyrəklərdə urat (sidikturşulu duz kristalları) daşları əmələ gəlir. Bir müddətdən sonra ağırlaşmaların sayı artır və böyrəklər funksional işini tamamilə itirir. Bu da xəstələrin həyatı üçün təhlükəli bir vəziyyətdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev