Sağalmayan ayaq yaraları üçün MƏLHƏM
15.02.2022 11:26

Ayaqlarda yaralar bir sıra səbəblərdən yaranır, bəzən illərlə davam edə bilir.

 

Aztibb.az xəbər verir ki, həkim fitoterapevt Fizuli Hüseynov trofik xoraların, yataq yaralarının, qızıl yel xəstəliyinin müalicəsində effektli məlhəm resepti təqdim edib.

 

Həkim bildirib ki, bu, heç bir əks göstərişi və zərəri olmayan, sınanmış bir üsuldur, illərlə sağalmayan yaralarda belə gözlənilməz nəticə verir.


Hazırlanma qaydası:

Kərə yağı 300 qram
Propolis – 50 qram
Udi hindi – 30 qram
Xına – 30 qram


Əvvəlcə kərə yağı əridilir, propolis kiçik parçalara kəsilərək içinə atılır və əridilir, sonra oddan götürülür, udi hindi və xına əlavə olunaraq qarışdırılır. 1 həftə pəncərədə günəş altında və ya sobanın yanında saxlanılır, bundan sonra istifadə olunur. Gündə üç dəfə yaraların üzərinə çəkilir. Bəzən sağalmayan yaralar bədəndə qan dövranı pozulması nəticəsində əmələ gəlir, bu zaman bu müalicə ilə yanaşı daxilə də təyinatlar yazmaq lazımdır ki, qan dövranı bərpa olunsun. Məsələn zəncəfil, udi-hindi, xəşəmbül və s. bitkilərin dəmləməsindən növbəli şəkildə içmək lazımdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev